Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 50 milyon 171 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 3 min manat və ya 4% çoxdur.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 48 milyon 168 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 40 milyon 423 min manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 792 min manat və ya 32% çoxdur.
Əvvəlki ilin eyni dövründə 30 milyon 631 min manat sığorta ödənişləri edilmişdi.