Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu ilin yanvar-oktyabr ayında sığorta yığımları 84 milyon 463 min manat, sığorta ödənişləri isə 54 milyon 893 min manat təşkil edib.
Eləcə də bax:Maaş artdıqca tibbi sığorta xərci - AZALACAQ - RƏSMİ
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin icbari sığortasında yığımlar 3 milyon 486 min manat və ya 4,30% artıb. Sığorta ödənişləri isə ötən illə müqayisədə 10 milyon 901 min manat və ya 24,77% çox olub.