Azərbaycanda bəzi sığorta şirkətlərinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq 2019-cu ilin yanvar-avqust aylarında avtomobillərin icabri sığortası üzrə yığımlar artıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, ilk 8 ayın nəticələrinə görə, icbari sığorta üzrə yığımlar 3 milyon manat və ya 6,6% artaraq 67 milyon 860 min manat təşkil edib.
Eləcə də bax: Sığorta haqlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ – MƏBLƏĞ, FAİZ (01.08.2019)
Sığorta ödənişlərində isə artım 3 qat daha sürətli olub. Belə ki, ilk 8 ayda avtomobillərin icbari sığortası üzrə ödənişlər 8,9 milyon manat və ya 26,2% artaraq 42 milyon 736 min manat təşkil edib.
Nəticədə sığortanın bu növündə zərərlilik əmsalı 63% təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrünün nəticələrinə görə, zərərlilik əmsalı 52,2% təşkil edirdi.