Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik artıb.
Eləcədə bax: Azərbaycanda sığorta bazarı - KİÇİLİB
FED.az Mərkəzi Bankın (AMB)nin 2019-cu il üzrə hesbatına istinadən xəbər verir ki, ötən il sığorta şirkətlərinin icbari avtomobil sığortası üzrə yığımları 100 milyon 430 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 4 milyon 989 min manat və 5,2% çoxdur. 2018-ci ildə bu sığorta növündə yığımlar 95 milyon 440 min manat təşkil etmişdi.
Həmçinin sığorta şirkətlərinin ödənişləri də artıb. 2018-ci illə müqayisədə 2019-cu ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər 11 milyon 731 min manat və 21,9% artaraq 67 milyon 235 min manat təşkil edib. 2018-ci ildə isə bu məbləğ 53 milyon 505 min manat təşkil etmişdi.
Nəticədə sığortanın bu növündə zərərlilik əmsalı 66% təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrünün nəticələrinə görə, zərərlilik əmsalı 56% təşkil etmişdi.