Fed.az xəbər verir ki, bu məlumat saytımıza İcbari Sığorta Bürosunun mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilir ki, bu qəbildən olan ilk videoçarx sığortalıların icbari avtoməsuliyyət sığortası müqavilələrinə dair məlumatları necə əldə edə bilməsi mövzusuna həsr olunub.
Qeyd edək ki, İcbari Sığorta Bürosunun veb-saytında, YouTube kanalında və Facebook səhifəsində videoçarxlarla tanış olmaq mümkündür.