Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 77% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 53 milyon 721 min manat toplanıb, 41 milyon 632 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% aşağıdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 81% idi. Ümumilikdə bu sığrota növü üzrə 50 milyon 171 min manat sığorta haqqı toplanmış və 40 milyon 423 min manatı ödənişlərə yönəldilmişdi.