Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 74% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 118 milyon 534 min manat toplanıb, 87 milyon 173 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artıqdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında bu göstərici 71% idi. Ümumilikdə bu sığrota növü üzrə 111 milyon 676 min manat sığorta haqqı toplanmış və 79 milyon 74 min manatı ödənişlərə yönəldilmişdi.