“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə AVSMMİS üçün müraciət edən vətəndaşlar artıq icbari sığortanı onlayn şəkildə əldə edə biləcəklər.
FED.az “Azərsığorta”ya istinadən xəbər verir ki, şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün onlayn şəkildə əldə olunması tam təmin edilib. Artıq hər bir avtonəqliyyat vasitəsi sahibi şirkətimizin veb-saytına daxil olmaqla əsas səhifədəki “Onlayn satış” bölməsinə keçid edərək avto-icbari sığorta növü üzrə rahatlıqla sığortalana bilər.
Avtonəqliyyat vasitəsi sahibləri avtoicbari sığorta növü üzrə onlayn sığortalanma zamanı hər hansı maneələrlə qarşılaşsalar Şirkətimizin qaynar xətti ilə (*1200) əlaqə saxlayıb məlumat verə bilərlər