Səyahəti sevənlər yaxşı bilirlər ki, xaricə gedərkən tələb olunan xidmətlərdən biri də səyahət sığortasıdır. Avropa ölkələrinə səfər etmək üçün bu şərtdir. Bəs səyahət sığortasını haradan və necə əldə etmək olar?
FED.az «Qala Sığorta»ya istınadən Şengen ölkələrinə səyahət zamanı səyahət sığotasının qiymətlərini təqdim edir. Şirkətdən verilən məlumata görə, 1 həftəlik səyahət sığortasının qiymətləri müxtəlif yaş qrupları üzrə fərqlənir. Səyahət edənlərin yaşı artdıqca, sığorta haqqı da çoxalır.
Şengen ölkələri üçün 1 həftəlik sığorta haqqı yaş qrupları üzürə aşağdakı kimidir.
2-16 yaş arası - 3.92 avro (7 manat 70 qəpik)
17-65 yaş arası - 5.60 avro (11 manat)
66-70 yaş arası - 11.20 avro (22 manat)
71-75 yaş arası - 16.80 avro (33 manat)
76-80 yaş arası – 22.40 avro (44 manat) təşkil edir.
Qala sığortadan verlən məlumata görə, Avropa ölkələrinə 1 həftəlik səyahət zamanı sığorta hadisəsi baş verdiyi təqdirdə, müştəri üçün ödəniş ediləcək maksimum sığorta məbləği 30 min avro (59 min manat) miqdarında olur.
Sığorta hadisəsinə gəlincə, buraya xarici ölkədə tutulan xəstəlik, xəsarət və onların nəticəsində göstərilən stansionar, ambulator xidmət və ya səyahətə çıxan şəxs həyatını itirdiyi halda onun geri qaytarılması xərcləri daxildir.
Səyahət sığortasının alınması üçün «Qala Sığorta» şirkətinə yaxınlaşa bilərsiniz.