«Atəşgah» Sığorta Şirkəti
Kargüzarlıq şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 21-30
• Xanım namizədlər
• Təhsil: Ali təhsil
• İş təcrübəsi : azı 1 il
• Dil bilikləri: Azərbaycan dili (əla),Rus dili (əla-mütləq ),İngilis dili (arzuolunadır)
Əsas vəzifə öhdəlikləri
• Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparır, rəhbərliyə dərkənar üçün təqdim edir, aidiyyəti şəxslərə paylaşdırır
• Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata alır, göndərilməsini təşkil edir
• Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirir
• Etibarnamələrin qeydiyyatını aparır
• Sənədlərin göndərilməsini təşkil edir
• Birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirir
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi ”qeyd etmələri xahiş olunur