«Atəşgah» Sığorta Şirkəti
Ön ofis əməliyyatları şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 22-30
• Xanım namizədlər
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: ən azı 1 il sığorta,maliyyə (həmçinin bank sahəsində) təcrübəsi olanlara üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dili (əla),Rus dili (əla-mütləq ),İngilis dili (arzuolunadır)
Əsas vəzifə öhdəlikləri
• Satış ofislərində administrativ işləri aparmaq (ofisləri açıb-bağlamaq, ofis avadanlıqlarına və ləvazimatlarına nəzarət etmək)
• Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
• Yeni sığorta müqavilələrini, əlavə razılaşmaları zəruri hallarda şirkətin İT sisteminə daxil etmək
• Ofis üzrə Ciddi Hesabat Blanklarının dövriyyəsinə nəzarət etmək
• Şöbədə yeni işçilər üçün yaradılmış adaptasiya proqramı əsasında yeni işçilərin öyrədilməsini həyata keçirmək
• Müştərilərə xidmət göstərmək (sığorta müqavilələri hazırlamaq)
• Komissiya aktlarını hazırlamaq
• Şirkətin uyğun proqram təminatının test edilməsini həyata keçirmək (zəruri hallarda)
• Ofisin fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq
• Nəqliyyat vasitələrinə baxış keçirilməsini həyata keçirmək
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Ön ofis əməliyyatları şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur