“Atəşgah" Sığorta Şirkəti ASC Azərbaycan sığorta bazarında etibarlılığı və müştəriyönümlü fəaliyyəti ilə seçilən aparıcı sığorta şirkətlərindən biridir.
Şirkət öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarının tələbləri çərçivəsində həyata keçirir.
Əmlaklara dəyən zərərlərin qiymətləndirilməsi “Atəşgah” Sığortanın peşəkar mütəxəssisləri və Azərbaycan Respublikası Mərkəzi Bankın reyestrinə daxil edilmiş müstəqil ekspertlər tərəfindən aparılır.
Yüksək ixtisaslı kadr potensialı və yenilikçi baxışları ilə seçilən şirkət sığorta sektorunda öz mövqeyini qoruyub saxlamaqla yanaşı, davamlı inkişaf və müştəri məmnuniyyətinin artırılmasını da əsas prioritet kimi müəyyənləşdirmişdir.