“Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin topladıqları sığorta haqları azalıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında “Atəşgah” sığorta şirkətinin topladığı sığorta haqqı 30 milyon 458 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 740,17 min manat və ya 2,4% azdır.
Eləcə də bax:“Azsığorta”nın keçmiş rəhbərinin - YENİ İŞ YERİ MƏLUM OLDU
Şirkətin ödənişləri isə ötən illə müqayisədə 453,82 min manat və ya 2,7% azalaraq 16 milyon 383 min manat təşkil edib.
“Atəşgah Həyat” sığorta şirkətinin yığımlarına gəlincə isə bu ilin yanvar-oktyabr aylarında 31 milyon 161 min manat təşkil edib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 971 min manat və ya 32,5% azdır. Şirklətin ödənişləri isə 10 milyon 794 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 143 min manat və ya 16,6% azdır.