Fəaliyyət göstərdiyi 25 il ərzində əhaliyə sığorta sahəsi üzrə peşəkar səviyyədə xidmət göstərən və bu istiqamətdə daim maarifləndirmə işləri aparan “Atəşgah” Sığorta Şirkəti bu dəfə cəmiyyətimizin gələcək inkişafının əsası olan və valideyn qayğısından məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş aksiya çərçivəsində Şirkətin əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən uşaq evlərinin birində yaşayan və yaşı 18-ə qədər olan uşaq və yeniyetmələrin maariflənməsi, dünyagörüşünün artırılması məqsədilə müxtəlif janrlarda olan kitablar, jurnallar, rəngləmə kitabçaları və digər dəftərxana ləvazimatları ianə edilib.
Belə tədbirlərin uşaqlar evində yaşayan uşaqların layiqli vətəndaş kimi yetişmələrinə, gələcəkdə doğru seçimlər etmələri üçün lazımi biliklərə yiyələnmələrinə köməklik göstərəcəyinə inanırıq!
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.