«Atəşgah» sığorta şirkətinə – MÜVƏQQƏTİ RƏHBƏR TƏYİN EDİLDİ
Ölkənin aparıcı sığorta şirkəti olan «Atəşgah Sığorta»nın sədri vəzifəsinə şəxs təyin edilib.
FED.az xəbər verir ki, bu vəzifə idarə heyətinin üzvü Tahir Kazımova həvalə edilib.
Tahir Kazımov “Atəşgah” Sığorta şirkətində 1998-ci ildən çalışır. FED.az-ın əldə etdiyi məlumata görə, Tahir Kazımov bu vəzifəni müvəqqəti icra edəcək.