Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Atəşgah Sığorta” şirkətinin yığımlarında azalma davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar ayı ərzində 3,638 mln. manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,394 mln. manat və ya 65,9% az olub.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də azalma qeydə alınıb. Belə ki, “Atəşgah sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 313 min manat və ya 21% azalaraq 1,488 mln. manat təşkil edib.