Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Atəşgah Sığorta” şirkətinin yığım və ödənişlərində azalma davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar-aprel ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar-aprel ayları ərzində 9,048 mln. manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar-aprel ayı ilə müqayisədə 2,916 mln. manat və ya 24,4% az olub.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də azalma qeydə alınıb. Belə ki, “Atəşgah sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 1,074 mln. manat və ya 16,7% azalaraq 5,353 mln. manat təşkil edib.