“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
FED az Banker.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Eləcə də bax: Palata "Atəşgah Sığorta"ya qoyduğu qadağanı - LƏĞV EDİB
Sığorta Şirkətinin Əməliyyat idarəsinin rəisi olmuş Tahir Kazımov İdarə Heyətinin üzvlüyünə qəbul edilib.
Bununla da Şirkətin idarə heyətinin rəhbərliyi bir sədr, iki müavin və bir üzvdən ibarət olacaq.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası aylar öncə bu şəxsin attestasiyadan uğurla keçməsi barədə məlumat yayılmışdı.