“Atəşgah” Sığorta Şirkətinin rəhbərinin müşaviri vəzifəsini tərk edib.
Eləcə də bax: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Atəşgah Sığorta Şirkətinin rəsmi səhifəsində bildirilir.
Xəbərə görə, Əhmədov Elçin Rəşid oğlu “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədrinin müşaviri vəzifəsini tərk edib.
Qeyd edək ki, 2021-ci ilin yanvarından Əhmədov Elçin Rəşid oğlu “Atəşgah”ha yaxın olan “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü seçilmişdi, hazırda da bu vəzifəsində çalışmaqdadır. Həmin müddətdən dekabra qədər onun paralel olaraq Direktorlar Şurası sədrinin müşaviri vəzifəsində çalışdığı qeyd edilirdi.
“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalı var. Kapitalının 63%-i “İSR Holdinq”, 27%-i “Ran-Exim” şirkəti və 10,00%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.