“Atəşgah” Sığorta 2019-cu ildə şirkət tərəfindən təsdiq edilmiş “Loyallıq Sistemi” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə korporativ müştərilər üçün yeni aksiya elan edir.
FED.az xəbər verir ki, “Sphera Healtcare AZ” şirkəti ilə birlikdə hazırlanan aksiya gərgin iş rejimində çalışan və öz körpələrini tez-tez həkim müayinəsindən keçirə bilməyən korporativ müştərilərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Aksiya çərçivəsində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günündə “Atəşgah” SŞ. korporativ müştəriləri 08:00-dan 18:00-dək peşəkar həkim-pediatrlardan telefon vasitəsilə ödənişsiz məsləhət ala bilərlər. Şirkətin korporativ müştəriləri aşağıdakı mövzular üzrə ödənişsiz konsultasiyadan yararlana bilərlər:
Yeni doğulmuş körpələrə düzgün qayğı yolları
Uşaq xəstəliklərinin profilaktik müalicəsi
Uşaqlara vaxtı-vaxtında peyvəndlərin edilməsi
Yolxucu xəstəliklərdən qorunma metodları
Ümumi müqavimətinin gücləndirilməsi üsulları
Patalogiyaların vaxtında aşkar olunması
Labarator və instrumental müayinələrin təhlili və ətraflı izahı
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.
“Atəşgah” Sığortadan Uşaq Gününə həsr olunmuş - PULSUZ AKSİYA
13:15
31 May 2019