FED.az şirkətin rəsmi maliyyə hesabatına itinadən xəbər verir ki, 2021-ci ilin sonuna şirkətdə 349 nəfər çalışırdısa 2022-ci ilin sonunda bu rəqəm 324 nəfərədək azalıb. Bu isə 24 nəfər və 8%-dək azalma deməkdir.
Bununla yanaşı, şirkətin dövlətə ödədiyi vergi dənişləri də azalıb. Belə ki, şirkətin 2021-ci ildə 1 316 172 manat həcmində mənfəət vergisi ödəmişdirsə, 2021-ci illə müqayisədə bu rəqəm 19 dəfə azalaraq 66 363 manata enib.
Əlavə Dəyər Vergisi üzrə ödənişlər 12 426 manat artaraq 17 438 manata, gəlir vergisi 431 manat artaraq 816 manata, əmlak vergisi ödənişi 786 manat artaraq 13 576 manata və sosial sığorta və təminat ödənişləri isə 142 492 manat artaraq 1 084 020 manata çatmışdır.