30 noyabr tarixində "Atəşgah" Sığorta Şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.
FED.az xəbər verir ki, şirkət əməkdaşlarının fəal iştirakı ilə Sanqaçal ərazisində 100 ədəd Eldar şamı əkilmiş, həmçinin ətraf ərazidə təmizlik və abadlıq işləri aparılmışdır.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
“Atəşgah” Sığorta Şirkəti bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların diqqətinə çatdırır, onları ekoloji problemlərlə mübarizəyə birgə qoşulmağa səsləyir .
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti gələcəkdə də bu cür layihələrin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməyi planlaşdırır.