Sığorta sektorunda 30 illik uğurlu fəaliyyət tarixçəsinə sahib “Atəşgah” Sığorta Şirkəti ASC müştəri məmnuniyyəti və şəffaflıq prinsiplərinə sadiqliyini davam etdirərək, KASKO sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirmişdir.
FED.az şirkətə istinadən xəbər verir ki, Goranboy rayonunda KASKO sığortası üzrə sığortalanmış “TOYOTA Avalon” markalı minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə sığortalanmış avtomobilə maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar avtomobilə dəymiş zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, sığortalıya 21 620 manat məbləğində sığorta ödənişi edilmişdir.















