Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin Təftiş Komissiyasına yeni sədr seçilib.
Eləcə də bax: “Atəşgah” Sığorta Şirkəti əməkdaşları üçün - Ekotur Təşkil Edib
Belə ki, 2 iyul 2021-cil il tarixində sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında attestasiyasından müvəffəqiyyətlə keçmiş Günel Rəhimova “Atəşgah” SŞ-nin Təftiş Komissiyasına sədr və “Atəşgah Həyat” SŞ-nin Təftiş Komissiyasına üzvü vəzifəsinə təyin edilib.
Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə - şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi, 2021-ci ildə isə Atəşgah” SŞ-nin İdarə Heyətinin üzv vəzifəsinə təyin edilmişdir. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.
Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin Təftiş Komissiyasının sədri vəzifəsini Rəhimova Günel Cəfərağa qızı, Təftiş Komissiyasının üzvü vəzifəsini isə Əmircanov Natiq Sahabin oğlu və Məmmədov Qaya Vaqif oğlu icra edirlər. “Atəşgah Həyat” SŞ-nin Təftiş Komissiyasının sədri vəzifəsini Əmircanov Natiq Sahabin oğlu, Təftiş Komissiyasının üzvü vəzifəsini isə Rəhimova Günel Cəfərağa qızı və Məmmədov Qaya Vaqif oğlu icra edirlər.