“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.
FED.AZ xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Ayla Elman qızı Mustafayeva Direktorlar Şurasının üzvü seçilib.
Qeyd edək ki, Ayla Mustafayeva bu təyinatadək “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır.
Eyni zamanda, “Atəşgah” Sığorta Şirkəti korporativ idarəetmə prinsiplərinə uyğun olaraq idarəetmə strukturlarının formalaşdırılması prosesini uğurla davam etdirir. Bu prosesin yaxın zamanda tam şəkildə başa çatdırılması nəzərdə tutulub.
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətində - YENİ TƏYİNAT

14:13
6 Avq 2025