Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub.
FED.az xəbər verir ki, 11.03.2025-ci il tarixindən Əhmədov Elçin Rəşid oğlu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
”Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının Müstəqil üzvü vəzifəsində çalışan Elçin Əhmədov fəaliyyəti dövründə şirkətə bir çox uğur və yeniliklər gətirmişdir. İxtisasca iqtisadçı olan E.Əhmədov N.A.Voznesenskiy adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirmiş, xaricdə təhsil və hazırlıq kursları keçmişdir. İqtisad Elmləri Namizədidir.
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədova yeni vəzifəsində bol uğur və müvəfəqiyyət arzu edirik!