Hər zaman müştərilərini yeni məhsul təklifləri və yenilikləri ilə sevindirən “Atəşgah” Sığorta Şirkəti bu dəfə də avtomobillərin Kasko Sığortası üzrə yeni aksiyaya start verdi!
FED.az xəbər verir ki, 15 aprel –15 may 2025-ci il tarixlərində qüvvədə olacaq kampaniya çərçivəsində müştərilər, KASKO Sığorta məhsulunu cəmi 1.99% tariflə əldə edə bilərlər. Əlavə olaraq, ödənişi 10 hissəyə bölərək rahatlıqla ödəmək də mümkündür.
Kampaniyanın şərtlərinə daxildir:
- Yalnız 2010-cu ildən sonra istehsal olunmuş “Toyota” markalı avtomobillərə şamil olunur
- Elektromobillər və taksi fəaliyyəti üçün istifadə edilən avtomobillərin iştirakı istisnadır
- Tarif- 1.99 %
Qeyd: Tam sığorta haqqı bir dəfəyə ödənildiyi halda, dəyəri 25,000 AZN-dən yuxarı olan avtomobillər üçün hədiyyə nəzərdə tutulub.
Əlavə məlumat və müraciət üçün “940” nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın nümunəsi olaraq, 28 ildən artıqdır ki, keyfiyyətli sığorta xidmətləri göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır. “Atəşgah” Sığorta Şirkəti müştərilərinə daha maraqlı təkliflər etməyi davam etdirəcək.