Son zamanlar təbiətin istənilən şıltaqlığına qarşı öncədən tədbirli olaraq avtomobillərinə təbiət hadisələri nəticəsində dəyə biləcək zərərlərin xərclərini qarşılamaq üçün AVSMMİS və KASKO sığorta məhsullarını əldə etmək məqsədi ilə sığorta şirkətlərinə müraciət edənlərin sayının artdığı müşahidə olunur.
Müştərilərə 25 ildir ki, daşınar və daşınmaz əmlakın könüllü və icbari sığortası növləri üzrə xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti cari ilin fevral ayında müştərilərinə AVSMMİS və KASKO sığorta növləri üzrə 264 000 AZN-dən çox sığorta ödənişi edib. Ötən ay ərzində şirkətin (012) 940 qaynar xəttinə KASKO və İcbari nəqliyyat sığortası növləri üzrə 800-dən çox müraciət daxil olub. Onların əksəriyyətini uzun fasilədən sonra paytaxtımıza yağan qar nəticəsində yollarda yaranan çətinliklər səbəbi ilə baş vermiş hadisələr təşkil edib. Qeyd olunan yol-nəqliyyat hadisələri operativ şəkildə tənzimlənib və müştərilər müvafiq sığorta ödənişləri ilə təmin olunublar.
Xüsusilə qış fəslində yol hərəkəti zamanı arxayınlıq verəcək sığorta məhsullarından ən sərfəli qiymətlərlə yararlanmaq və sizə uyğun sığorta məhsulunu seçmək üçün onlayn şəkildə (+994) 55 254 80 10 Whatsapp nömrəsinə müraciət edə bilərsiniz.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.