Sığorta

"Atəşgah Sığorta" şirkəti işçi axtarır - VAKANSİYA

"Atəşgah Sığorta" şirkəti işçi axtarır - VAKANSİYA | FED.az
17:37 11 Okt 2019

Atəşgah Sığorta Şirkəti  İT Analitik  axtarışındadır. 

Namizədə tələblər

• Yaş: 23-30

• Təhsil: Ali təhsil (Kompüter elmləri və ya əlaqəli sahə üzrə )

• İş təcrübəsi:müvafiq sahə üzrə 1 il minimum (layihələrin idarə edilməsində təcrübənin olması arzuolunandır)

• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)

• SOAP və REST servislər üzrə ilkin biliklər

• Texniki sənədləri tərtib etmək bacarığı

Şəxsi keyfiyyətlər

• Analitik təhlil və operativlik bacarığı

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Proqram təminatı layihələrində biznes analiz işləri aparmaq ,

• Biznes qurumlardan alınmış tələblərin analitik təhlili (tələbin sistemləşdirilməsi, strukturlaşdırılması, optimal həllin tapılması) və texniki tapşırığın hazırlanması;

• Proqram təminatının texniki sənədlərinin hazırlanması

• Tələbin icrasının planlaşdırılması və prioritetlərin müəyyən olunması;

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır

• İş vaxtı 09:00 - 18:00

• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

• Əmək haqqı:müsahibə əsnasında bildiriləcək.

Məlumatlandırıcı qeydlər

• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ”İT Analitik ”qeyd etmələri xahiş olunur.

Digər xəbərlər