FED.az xəbər verir ki, "Atəşgah Sığorta" şirkəti KORPORATİV SATIŞ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ vəzifəsinə vakansiya elan edib.
Tələblər
- Korporativ satış şöbəsinin mütəxəssisi Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus və ya İngilis dili (əla –mütləqdir)
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.
Öhdəliklər
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00-dan 18:00-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Sabit əmək haqqı sınaq müddətində 400 AZN
- Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya İş haqqında
Əmək haqqı 500 AZN
Əlaqə (tel): (050) 291-33-71 (012) 497-81-82
E-Poçt: [email protected]
"Atəşgah Sığorta" şirkəti işçi axtarır - VAKANSİYA
21:26
12 Noy 2017