Banner

Sığorta

“Atəşgah” Sığorta Qrupu yığımlarını - KƏSKİN ARTIRIB

“Atəşgah” Sığorta Qrupu yığımlarını - KƏSKİN ARTIRIB | FED.az
10:53 22 May 2019
Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin birinci rübü üzrə maliyyə hesabatını təqdim edib. Belə ki, şirkətlərin cari ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 20 milyon manat təşkil edib.

FED.az xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin bu ilin ilk rübü ərzində topladığı sığorta haqlarının həcmi  10,5 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 24,80% çoxdur.

“Atəşgah” SŞ - nin 2019-cu ilin birinci rübü ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 3,3 mln. manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları 9,2 mln. manat təşkil edib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 

Digər xəbərlər

Banner