Müştəri yönümlüyü ilə seçilən, daimi irəliləyən və inkişaf edən, Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti ASC 2024-cü ili uğurla başa vurub.
FED.az xəbər verir ki, 1996-cı ildə təsis edilmiş şirkət 2024-cü il üzrə maliyyə nəticələri ilə bazardakı mövqeyini bir daha təsdiqlədi. Şirkət ili 3,4 milyon manat xalis mənfəətlə tamamlayıb ki, bu da 2023-cü illə müqayisədə 8 dəfəyə yaxın artım deməkdir (2023-cü ildə bu göstərici 437 min manat təşkil edirdi).
“Atəşgah”Sığorta Şirkəti ASC-nin ümumi gəlirləri 69,7 milyon manata çatıb, toplanmış sığorta haqları isə 76,5 milyon manat təşkil edib. Eyni zamanda, şirkət 65,5 milyon manat məbləğində xərc və 29,0 milyon manat həcmində sığorta ödənişləri həyata keçirib.
2023-cü il üzrə “Atəşgah” Sığorta Şirkəti ASC-nin xalis aktivləri 16,9 milyon manat, 2024-cü ildə isə 18,1 milyon manat olub ki, bu da əvvəlki ilə nəzərən artım deməkdir.
Bu rəqəmlər “Atəşgah” Sığorta Şirkətinin həm maliyyə dayanıqlılığını, həm də müştərilərinə qarşı öhdəliklərini yüksək səviyyədə yerinə yetirmə qabiliyyətini nümayiş etdirir. Gələcək illərdə də şirkət innovativ yanaşmaları və peşəkar komandası ilə sığorta sektorunun inkişafına töhfə verməyə davam edəcək.