“Atəşgah” Sığorta Şirkəti bazara yeni layihəsini təqdim edib.
Şirkətdən FED.az saytına verilən məlumata görə, artıq “Toyota” markalı avtomobil sahibi olan vətəndaşlar “Atəşgah” Sığortadan kasko sığortasını xüsusi güzəştlə əldə edə biləcək. Lakin buraxilış ili 2013-cü ildən aşağı olan toyota sahibləri bu layihədən yararlana bilməyəcəklər. Layihə yalnız 2013-2019-cu illərin istehsalı olan avtomobillərə şamil olunur.
Qeyd edək ki, baş verə biləcək hər hansı hadisə zamanı nəqliyyat vasitəsi “Toyota Azərbaycan” ın rəsmi servis mərkəzində qiymətləndirilib təmir ediləcək.
“Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.