Sığorta

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA | FED.az
20:00 4 Noy 2019

FED.az xəbəər verir ki, "Atəşgah Sığorta" Biznesə Dəstək şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
• Yaş: 21-27
• Təhsil: Ali
• Namizəd:kişi
• İş təcrübəsi: müvafiq sahədə 1 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla) və ya İngilis dili arzuolunandır
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Əsas vəzifə öhdəlikləri:
• Monitorinq və yoxlamaların heyata keçirilməsi
• Dələduzluq hallarının müəyyən olunaraq sənədləşdirilməsi
• Şirkətin Bakı və regionlardakı ofislərinin yoxlanılması
• Hesabatların hazırlanması
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında
• İş yeri: Baş ofis
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznesə Dəstək şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.

Digər xəbərlər