«Atəşgah» Sığorta Şirkəti
Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 23-30
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: müvafiq sahə üzrə 1 il minimum
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Əməkdaşların IT avadanlıqlar və proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək
• Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırılmaq
• “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərinin qəbulu, işlənilməsi və müraciətlərin həll prosesinə nəzarəti həyata keçirmək
• Şirkət təlabatlarının maksimal dərəcədə ödənilməsi üçün zəruri olan proqram təminatının seçilməsində kömək göstərmək
• Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq
• Əməkdaşlar üçün iş yerlərinin yaradılmasını və yerdəyişmələri həyata keçirmək
• Şirkətə məxsus stasionar kompyuter, noutbuk və android/IOS platformalı qurğuları sazlamaq, kompyuter və çap maşınlarında nasazlıqları aşkar etmək və aradan qaldırmaq
• Lisenziyalı proqram təminatının qeydiyyatını aparmaq
• Əməkdaşların IT sahəsinə aid ümumi suallarını cavablandırmaq
• Birbaşa rəhbərlərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı ilk 3 ay sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.