Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti mart ayının 21-i Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi tədbir keçirib. Korporativ sosial məsuliyyət çərçivəsində təşkil olunan tədbir daun sindromlu uşaqların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrinə dəstək olmaq məqsədilə həyata keçirilib.
FED.az xəbər verir ki, tədbir zamanı uşaqlar üçün rəngarəng şoular, əyləncəli oyunlar və müxtəlif hədiyyələr təqdim edilib. Musiqi sədaları altında rəqs edən uşaqlar tədbirə xoş və unudulmaz anlar bəxş edib.
Şənliyin sonunda uşaqlarla birgə tort kəsilib və xatirə şəkli çəkdirilib. Tədbirin təşkilinin əsas məqsədi, daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək,
onların özlərini daha dəyərli hiss etmələrini təmin etmək, cəmiyyətin diqqətindən kənarda qoymamaq və onların sosial mühitdəki rolunu artırmaqdır.