Bu ilin ilk yarısında “Atəşgah Sığorta” ASC-nin gəlirləri 35,7 milyon manat olmaqla, ötən ilin ilk yarısına nəzərən 125,5 min manat və ya 0,4% çox olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə şirkətin əməliyyat gəlirləri 35,4 milyon manat olub. Bu, ötən ilin ilk yarısındakı 30,6 milyon manatlıq əməliyyat gəlirlərindən 4,8 milyon manat və ya 15,9% daha çoxdur.
Bundan başqa, investisiya gəlirləri 226,4 min manat (19%) artaraq 1 milyon 417 min manata, digər gəlirləri 906,9 min manat təşkil edib. Xalis sığorta ehtiyatlarının dəyişməsi sığorta şirkətinə 2,1 milyon manata başa gəlib.
Hesabat dövründə şirkətin xərclərinin həcmi 36,7 milyon manat olmaqla, illik müqayisədə 3 milyon manat və ya 9% artıb. Xərclərin 24,8 milyon manatı əsas əməliyyat xərclərinin, 11,6 milyon manatı işlərin aparılması xərclərinin, 227 min manatı digər xərclərin payına düşüb.
Şirkətin xərcləri daha çox olduğu üçün şirkət ilin ilk altı ayında 994,1 min manat ziyan edib.
Hesabat dövrünün sonunda şirkətin cəmi aktivləri 69,3 milyon manat təşkil edib. Aktivlərin 5,3 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərindən, 46,2 milyon manatı investisiyalardan, 8,6 milyon manatı debitor borclarından ibarət olub.
Bu ilin iyun ayının sonunda şirkətin öhdəliklərinin həcmi 53,2 milyon manat olub. Öhdəliklərin 47,9 milyon manatı sığorta ehtiyatlarının, 3,5 milyon manatı kreditor borclarının, 1,8 milyon manatı digər öhdəliklərin payına düşüb.
Nəticə olaraq, bu ilin birinci yarısının sonunda “Atəşgah Sığorta” ASC-nin cəmi kapitalı 16,1 milyon manata bərabər olub. Bunun da, 5 milyon manatı nizamnamə kapitalının, 6,6 milyon manatı kapital ehtiyatlarının, 4,5 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Atəşgah Sığorta” ASC-nin maliyyə vəziyyəti - [red]MƏLUM OLDU – [red]HESABAT[/red] [/red] | FED.az](/upload/news/small/910025.jpg)
![“Atəşgah Sığorta” ASC-nin maliyyə vəziyyəti - [red]MƏLUM OLDU – [red]HESABAT[/red] [/red] | FED.az](/upload/news/small/1061596.jpeg)
![“Atəşgah Sığorta” ASC-nin maliyyə vəziyyəti - [red]MƏLUM OLDU – [red]HESABAT[/red] [/red] | FED.az](/upload/news/small/672922.jpeg)
![“Atəşgah Sığorta” ASC-nin maliyyə vəziyyəti - [red]MƏLUM OLDU – [red]HESABAT[/red] [/red] | FED.az](/upload/news/small/852347.jpeg)
![“Atəşgah Sığorta” ASC-nin maliyyə vəziyyəti - [red]MƏLUM OLDU – [red]HESABAT[/red] [/red] | FED.az](/upload/news/small/2821722.jpeg)









