30 illik tarixə malik “Atəşgah” Sığorta Şirkəti ASC fəaliyyətində müştəri məmnuniyyətini və şəffaflığı əsas prinsip kimi rəhbər tutaraq, avqust ayı üzrə irihəcmli KASKO ödənişini həyata keçirmişdir.
FED.az xəbər verir ki, şirkət tərəfindən sığortalanmış “Mercedes-Benz S63 AMG” markalı minik avtomobili 27 may 2026-cı il tarixində baş vermiş hadisə nəticəsində zədələnmişdir. Hadisə ilə əlaqədar avtomobilə dəymiş maddi zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən müəyyənləşdirilmiş və aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, sığortalıya 34 700 manat məbləğində sığorta ödənişi edilmişdir.
“Atəşgah” Sığorta Şirkəti uzunmüddətli təcrübəsinə əsaslanaraq, gələcəkdə də müştərilərinin yanında olmağı və yüksək xidmət keyfiyyətini davamlı şəkildə inkişaf etdirməyi qarşıya məqsəd qoyub.














