Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti ASC bu gün fəaliyyətinin 29-cu ildönümünü qeyd edir!
FED.az xəbər verir ki, şirkət ötən illər ərzində sığorta sahəsində dayanıqlı və etibarlı fəaliyyəti ilə seçilərək, xidmət keyfiyyətinin davamlı şəkildə yüksəldilməsinə və bazarın tələblərinə uyğun inkişafına xüsusi önəm verib.
30-dan çox sığorta məhsulunu əhatə edən geniş portfel təqdim etməklə şirkət, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən filial və nümayəndəlik şəbəkəsi ilə xidmətlərin yüksək əlçatanlığını təmin etməkdədir. Müştəri məmnuniyyətini fəaliyyətinin əsas prioriteti kimi müəyyən edən “Atəşgah” Sığorta 29-cu fəaliyyət ili çərçivəsində zərərlərin tənzimlənməsi prosesinin keyfiyyətinin daha da artırılması və müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Əmlak sığortası növləri üzrə zərərlərin tənzimlənməsi departamentini yeni, daha geniş və müasir ofisə köçürüb. Yeni standartlara cavab verən ofisdə müştərilərə əvvəlki kimi operativ və peşəkar xidmət göstərilməsi davam etdiriləcək.
Yeni ofisin açılışı şirkətin yaradıldığı günə — 18 dekabr tarixinə təsadüf edib. Açılış tədbirində şirkət rəsmiləri də iştirak ediblər.
“Atəşgah” Sığorta Şirkəti qarşıdakı illərdə də fəaliyyətini şəffaflıq , məsuliyyət və operativlik prinsiplərinə sadiq qalaraq davam etdirməyi və sığorta bazarına dəyər qatmağı hədəfləyir!





![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/2090429.jpeg)
![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/4575334.jpeg)
![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/131770.jpeg)
![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/4087386.jpeg)
![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/1218729.jpeg)
![“Atəşgah” Sığorta 29 illik fəaliyyətini - [red]QEYD EDİR![/red] | FED.az](upload/news/small/4289123.jpeg)







