Sığorta

“Atəşgah Həyat”ın xalis mənfəəti ildən-ilə artıb - HESABAT

“Atəşgah Həyat”ın xalis mənfəəti ildən-ilə artıb - HESABAT | FED.az
08:10 4 Aprel 2019

“Atəşgah Həyat Sığorta Şirkəti” ASC 2018-ci ili 6 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 4 milyon 792 min manat, 2016-cı ili isə 2 milyon 799 min manat xalis mənfəətlə bağlamışdı.  

FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Həyat Sığorta Şirkəti”nin cəmi gəlirləri 31 milyon 619 min manat, cəmi xərcləri isə 23 milyon 364 min manat təşkil edib. Şirkət 8 milyon 255 min manat maliyyə mənfəətindən 1 milyon 651 min manat mənfəət vergisi ödəyib.

2017-ci ildə “Atəşgah Həyat”ın cəmi gəlirləri 71 milyon 612 min manat, cəmi xərcləri isə 65 milyon 622 min manat təşkil etmiş, 5 milyon 990 min manat maliyyə mənfəətindən 1 milyon 198 min manat mənfəət vergisi ödəmişdi. 2018-ci illə müqayisədə 2017-ci ildə cəmi gəlirlərin və xərclərin yüksək olması həmin il sığorta ehtiyatlarının azad olması və daha çox sığorta ödənişlərinin həyata keçirilməsilə əlaqədardır.

Eləcə də bax: “Atəşgah Sığorta”nın vəziyyəti məlum oldu - HESABAT

İllik müqayisədə “Atəşgah Həyat”ın topladığı sığorta haqları 2017-ci ildəki 39 milyon 655 min manatdan 2018-ci ildə 60 milyon 104 min manata yüksəlib, sığorta ödənişləri isə 54 milyon 941 min manatdan 14 milyon 740 min manata düşüb. Ötən il şirkət topladığı sığorta haqlarının 31 milyon 728 min manatını ehtiyata ayırıb.






©Marja

Digər xəbərlər