"Atəşgah Həyat" sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini Sadıq Mansurovun vəzifəsindən uzaqlaşmasının səbəbi məlum olub.
FED.az etibarlı mənbələrdən aldığı məlumata görə, S.Mansurov daimi olaraq xarici ölkələrin birinə köçüb.
Qeyd edək ki, bu vəzifə hələ vakant qalır.
Xatırladaq ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.