Azərbaycanda həyat sığorsı ilə ixtisaslaşmış “Atəşgah Həyat” ASC-nin Direktorlar Şurasının biri vəzifəsindən azad edilib.
Eləcə də bax: “AtaSığorta”da növbəti kadr dəyişiklikləri – FOTOLAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Direktorlar Şurasının üzvi olan Şamil Kazım oğlu Hüseynov vəzifəsini tərk edib.
Digər məlumata əsasən, Əhmədov Elçin Rəşid oğlu ”Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü seçilib.
“Atəşgah Həyat” 1998-ci ildə yaradılıb. Şirkətin 6.5 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Ran-Exim” MMC-yə məxsusdur.