Həyat sığortası bazarının iştirakçılarından olan “Atəşgah Həyat” sığorta şirkətinin müştərilərinə ödədiyi vəsitlərin həcmi azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-avqust ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkətin cari ilin 8 ayı ərində verdiyi sığorta ödənişlərinin həcmi son bir illə müqayisədə 6,266 mln. manat və ya 40,2% azalaraq 15,595 mln. manata enib.
Qeyd edək ki, AMB-nin sığorta bazarı ilə bağlı açıqladığı rəsmi hesabata əsasən, şirkət 2022-ci ilin 8 ayında 33,170 mln. manat sığorta haqqı yığıb.
Həmçinin hesabat dövründə şirkətin zərərlilik göstəricisi (ödənişlərin yığımnlara nisbəti) 47% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22% bəndi azalıb.