12 may 2025-ci il tarixində “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının tərkibində dəyişiklik baş verib.
FED.AZ xəbər verir ki, qərara əsasən, Xəlilov Namiq Cəlil oğlu Direktorlar Şurasının müstəqil üzvü və eyni zamanda Direktorlar Şurasının sədri vəzifələrinə təyin olunub.
Maliyyə, eyni zamanda sığorta sahəsində geniş peşəkar təcrübəyə malik olan Namiq Xəlilov, müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. O, 2006-2009-cu illərdə Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin rəisi, 2009–2011-ci illərdə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini, 2011–2016-cı illərdə qurumun rəisi vəzifəsində fəaliyyət göstərmiş, 2016–2018-ci illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirinin müşaviri vəzifəsini icra etmişdir.
2022-ci ildən etibarən “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvü olan Namiq Xəlilov, bu müddət ərzində şirkətin idarəetmə prosesində fəal iştirak etmiş, strateji qərarların qəbulu və sığorta savadlılığının artırılması istiqamətində dəyərli töhfələr vermişdir.