“Atəşgah Həyat” Sığorta Şirkəti hədiyyəli, endirimli aksiyaları ilə müştərilərini sevindirməyə davam edir.
“Sığortalanaraq rahat və zərərsiz yaşa!” şüarı ilə start verilən bu aksiya 1-15 aprel tarixlərində sığortalanan şəxslərə şamil ediləcəkdir. “Atəşgah Həyat” SŞ-nin veb səhifəsi və ya WhatsApp nömrəsi ilə onlayn şəkildə “Antikoronavirus” məhsulu əldə edən hər kəsə “Arxayın qonşu” məhsulu hədiyyə ediləcəkdir!
“Atəşgah Həyat” Sığorta Şirkətinə məxsus olan “Antikoronavirus” məhsulu Covid-19 virusuna yoluxduğunuz zaman müalicəyə xərcləyəcəyiniz maddi zərərlərinizi qarşılayır. Belə ki, virusa yoluxduğunuz zaman “Atəşgah Həyat” SŞ Sizə 900 AZN-dək təminat ödəyir.
39 AZN-dən başlayan qiymətlərlə əldə edəcəyiniz “Antikoronavirus” sığorta məhsulunu 1-15 aprel tarixlərində əldə etdikdə, “Arxayın qonşu” məhsulu hədiyyə edilir. “Arxayın qonşu məhsulu müştərinin qonşularının əmlakı və sağlamlığı qarşısında daşıdığı məsuliyyəti sığortalayır. Belə ki bu məhsul ilə sığortalı olan şəxslər yanğın, partlayış, subasma hallarında qonşu mənzilə 20 000 AZN-dək vurduğu zərəri “Atəşgah” SŞ ödəyir.
Tək sığorta haqqı ödəyib, 2 sığorta növü əldə etmək üçün bu fürsətdən yararlanmağa tələsin!
Məhsullar haqda ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid ala bilərsiniz:
“Antikoronavirus” – https://www.ateshgah-life.com/product/antikoronavirus-sigortasi
“Arxayın qonşu” - https://www.ateshgah.com/insurance/arxayin-qonshu
Aksiya barədə məlumat almaq üçün (+994)55 5252-940 nömrəsinə Whatsapp vasitəsilə müraciət edə yaxud https://www.ateshgah-life.com/product/antikoronavirus-sigortasi linkinə keçid edərək onlayn əldə edə bilərsiniz.