“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin idarəetmə strukturu ilə bağlı yeni kadr dəyişikliyi baş verib. Qərara əsasən, Könül Elman qızı İsgəndərova şirkətin Direktorlar Şurasının yeni üzvü kimi təsdiqlənib.
FED.az xəbər verir ki, sığorta sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik Könül İsgəndərova, bu təyinatadək “Atəşgah” Sığorta Şirkəti ASC-də Biznesin inkişafı üzrə direktor vəzifəsində çalışmışdır. Bununla da “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.