“Atəşgah Həyat” Sığorta Şirkəti yeni uğur və nailiyyətlərə imza atmağa davam edir.
FED.az xəbər verir ki, 30 may 2025-ci il tarixində şirkət “Sea Breeze” şirkəti ilə qarşılıqlı əməkdaşlıq prinsiplərini müəyyənləşdirən və gələcəkdə birgə layihələrin icrası üçün zəmin yaradan Memorandum imzalayıb.
Memorandumun əsas məqsədi tərəflər arasında sığorta sahəsində səmərəli əməkdaşlığın qurulması, xidmətlərin genişləndirilməsi və qarşılıqlı dəstək mexanizmlərinin yaradılmasıdır.
Tədbirdə iştirak edən hər iki şirkətin nümayəndələri imzalanan Memorandumun iki tərəf üçün də strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar. “Atəşgah Həyat” və “Sea Breeze” əməkdaşlığı sığorta bazarında innovativ həllərin tətbiqi, müştəri məmnuniyyətinin artırılması və yeni biznes imkanlarının inkişafı baxımından vacib addımdır. Memorandum çərçivəsində tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, xidmətlərin genişləndirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq edəcəklərini təsdiqləyiblər.
Sənədlərin imzalanma mərasimi qarşılıqlı hörmət və etimad mühitində keçmiş, tədbirdə hər iki şirkətin məsul şəxsləri yaxından iştirak etmişdir.