“Atəşgah Həyat” sığorta şirkətinin yığımları və ödənişləri azalıb. FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin 9 ayında 36, 558 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 127 min manat və ya 0,3% azalıb.
Hesabat dövründə şirkət tərəfindən zərərçəkən müştərilərə verilən sığorta ödənişlərinin həcmində də azalma olub. Belə ki, illik müqayisədə şirkətin sığorta ödənişləri 30,3% və ya 7,447 mln. manat azalaraq 17,114 mln. manata enib.
Qeyd edək ki, “Atəşgah Həyat” sığorta şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçib.