Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 7 ayı üzrə açıqladığı hesabatına əsasən “AtaSığorta” şirkətinin yığımlarının həcmində son bir illə müqayisədə 23,8% azalma qeydə alınmışdı. Belə ki, şirkət tərəfindən ötən ilin yanvar-iyul aylarında 11,019 mln. manatlıq yığım əldə olunmuşdursa, cari ilin analoji dövrün göstəricisi üzrə bu rəqəm 2,621 mln. manat azalaraq 8,398 mln. manat təşkil edib.
FED.az şirkətin yığımlarının hansı səbəbdən azalmasına aydınlıq gətirib.
“AtaSığorta” şirkətindən verilən məlumata görə, qeyd olunan dövr ərzində azalmanın başlıca səbəbi pandemiya ilə bağlı olub. “Bununla yanaşı, şirkətin bir sıra korporativ müştərisi tərəfindən könüllü sığorta məhsulları üzrə müqavilələr yenilənməyib. Müqavilələrin yenilənməsi tərəflər arasındakı danışıqlara uyğun olaraq cari ilin sonuna planlaşdırılıb. Şirkətdən bildirilib ki, müştərilər müqavilələrin vaxtında yenilənməməsini iqtisadi çətinliklə əlaqələndiriblər”.