“AtaSığorta” şirkətinin yığımları azalmaqda davam edir.
FED.az biznes maliyyə portalı Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, son bir illə müqayisədə “AtaSığorta”nın yığımlarında azalma müşahidə olunub.
Belə ki, 2018-ci ildə “AtaSığorta” tərəfindən 22,438 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, 2019-cu ildə bu rəqəm 4,344 mln. manat və ya 19,4% azalaraq 18,094 mln. manat təşkil edib.
Qeyd edək ki, yığımların azalması fonunda şirkətin bazar payı da azalır. Belə ki, son bir il ərzində (2018-2019) “AtaSığorta”nın bazar payı 0,4 faiz bəndi azalaraq 3,08%-ə düşüb.